AZ

Əfsanəvi "qran-pri" avtomobili hərracda rekord qiymətə satıldı (FOTO)

"Formula 1"in əfsanəvi pilotları Stirlinq Moss (Stirling Moss) və Xuan Manuel Fanxio (Juan Manuel Fangio) tərəfindən 1955-ci ildə idarə olunan aerodinamik "Mercedes" avtomobili dünən keçirilən hərracda 51,155 milyon avroya (53,01 milyon dollar) satılaraq, "qran pri" avtomobilləri üçün yeni rekord müəyyən edib.  

Valyuta.Az xəbər verir ki, avtomobilin ilkin qiyməti 50 milyon avrodan çox qiymətləndirilirdi. Hərrac zamanı təkliflər sürətlə 40 milyon avroya çatıb, lakin 5 milyon avroluq artımlardan sonra maraq azalıb və yekun olaraq, 46,5 milyon avro qiymətində satılıb.  

Nəticədə, alıcı mükafatını da əhatə edən yekun məbləğ 51,155 milyon avro olub. Avtomobilin kimə satıldığı hələ açıqlanmayıb.  

Bu avtomobil 1955-ci ildə Buenos-Ayres "qran pri"sində beşqat dünya çempionu Fanxio tərəfindən idarə olunaraq qalib gəlib. Həmin vaxt avtomobil daha ənənəvi, siqarşəkilli gövdəyə və tam açıq təkərlərə malik olub.  

Daha sonra Moss eyni avtomobili Monzada keçirilən İtaliya "qran pri"sində, təkərləri örtən genişləndirilmiş aerodinamik gövdə ilə idarə edib. O, yarışdan geri çəkilməzdən əvvəl 215,7 km/saat (134,0 mil/saat) orta sürətlə ən sürətli dövrəni keçib.  

Qeyd edək ki, indiyə qədər hərracda satılmış ən bahalı avtomobil 2022-ci ilin mayında 135 milyon avroya alıcı tapan 1955-ci il istehsalı "Mercedes 300SLR Uhlenhaut Coupe" modelidir. Buna qədər hərracda satılan ən bahalı "qran pri" avtomobili isə 2013-cü ildə İngiltərənin Qudvud şəhərində 29,6 milyon dollara satılmış, 1954-cü il istehsalı digər bir eks-Fanxio "Mercedes W196" modeli idi.  

Rəhim

Seçilən
11
4
valyuta.az

10Mənbələr