AZ

Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçılardan birinin meyiti aşkarlanıb - FOTO

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilirdi.

Vətəndaşların axtarışları Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilib.

Lənkəranda Lənkəranda
Seçilən
19
43
apa.az

10Mənbələr