AZ

Egey dənizində 4,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Egey dənizində Türkiyə vaxtı ilə saat 10:22-də 4,7 bal gücündəzəlzələ olub.

Trend-inməlumatına görə, yeraltı təkanlarla bağlı Türkiyənin FövqəladəHalların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrumrayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltıtəkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.

Qeyd edək ki, dünən bir neçə saat ərzində Egey dənizində ənşiddətlisi 4,4 bal gücündə bir neçə təkan qeydə alınıb.

Seçilən
13
21
az.trend.az

4Mənbələr