Ukrayna tərəfinin iştirakı olmadan ABŞ və Rusiya arasındakı sülh danışıqları çox təhlükəli ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Associated Press" (AP) agentliyinə müsahibəsində bildirib.
"Bizsiz Ukrayna haqqında danışmaq hamı üçün təhlükəlidir", - dövlət başçısı bildirib.
Zelenski qeyd edib ki, onun ofisi artıq ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxlayıb.
Müəllif: Pərvin Cəfərova