AZ

Qaraciyərinizin sağlamlığını qorumaq üçün ipucları

Qaraciyərinizin sağlamlığını qorumaq üçün

Qaraciyər, bədənin ən böyük və çox yönlü orqanlarından biridir və qan şəkərini tənzimləyir, toksinləri atır, immunitet sistemini dəstəkləyir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Medipol Sağlamlıq Qrupu Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar, qaraciyər sağlamlığını qorumaq üçün Aralıq dənizi pəhrizinin, nizamlı idmanın və təbii həllərin əhəmiyyətini vurğulayıb.

Zeytun yağı, dəniz məhsulları və tərəvəzlərdən ibarət pəhriz qaraciyərə qoruyucu təsir göstərir və ənginar, zəncirotu kimi bitkilər də faydalıdır. Həmçinin, brokoli, kələm, albalı kimi meyvə və tərəvəzlər qaraciyəri toksinlərdən təmizləməyə kömək edir.

Filtr qəhvə və tünd şokoladın tərkibindəki maddələr qaraciyər üçün faydalıdır.

Prof. Dr. Yaşar, hər gün yarım qreypfrut istehlak etmənin qaraciyər sağlamlığına müsbət təsir göstərdiyini bildirib. Bu meyvə toksinləri aradan qaldırır və müntəzəm məşq, balanslaşdırılmış qidalanma ilə birgə qaraciyəri sağlam saxlamağa kömək edir. Təbii bitkilərin ifraz etdiyi fitokimyəvi maddələr, məsələn, üzüm və kətan toxumları, qaraciyəri qorumaqda mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
28
e-saglam.az

1Mənbələr