Bakı. Trend:
Azərbaycan və Pakistan arasında milyardlarla dollarlıqinvestisiya sazişləri imzalanacaq.
Trend-inməlumatına görə, Pakistanın "Dawn" qəzeti bu barədə yazıb.
Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar dəyərindəsərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya müqavilələriPakistanın Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya edəcəyisəfər çərçivəsində imzalanacaq.
Hazırda Bakıda olan Pakistan nümayəndə heyətinə rəhbərlik edənözəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildiribki, Baş nazir Şahbaz Şərif bu ay Mərkəzi Asiya ölkələrinə səfəredəcək və həmin səfər zamanı Pakistanla Azərbaycan arasında 2milyard dollar dəyərində sazişlər imzalanacaq.
Qəzetin məlumatına görə, əsas investisiya sahələri arasında neftvə qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyininartırılması yer alır.