AZ

Ankarada ağır yol qəzasında 7 nəfər yaralanıb » AzadMedia.az


Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb.

Bu barədə İHA məlumat yayıb.

“Qəza Elmadağ rayonunda baş verib <…> Aşaraq yuvarlanan iki avtomobil yararsız hala düşüb, 7 nəfər yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.

Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıb. Hadisə yerində ilk yardımdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
10
8
azadmedia.az

9Mənbələr