İtaliya klubu "Çelsi"nin futbolçusunu heyətinə qatdı
İtaliyanın "Torino" komandası İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi"nin futbolçusu Çezare Kazadeini heyətinə qatıb.Manset.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi turinlilərlə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.
Ç. Kazadei cari mövsüm “Çelsi”nin heyətində 6 matçda iştirak edib və qol vurmayıb.