AZ

Rəşad Sadıqovdan qələbə şərhi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Olduqca dramatik oyun alındı. İlk dəqiqələrdə yaxşı çıxış edirdik. Təəssüflər olsun ki, 2 qol buraxdıq. İkinci hissədə futbolçularımız performanslarını daha da artırıb təslim olmadan mübarizə aparırdılar. 3 qol vurduq və çox vacib qələbə qazandıq. Üç gün sonra bizi “Araz-Naxçıvan”la kubok oyunu gözləyir. Qələbəni qeyd etməyə çox da vaxtımız yoxdur. Kubok matçına köklənməliyik.

Seçilən
20
9
demokrat.az

10Mənbələr