AZ

Liqa 1: “Olimpik”lərin duelində Marsel sevindi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Tuluza” – “Nitsa” və “Anje” – “Havr” oyunlarında qalib müəyyənləşməyib.

Üç qolun qeydə alındığı “Reyms” – “Nant” matçında qonaqlar qələbə qazanıblar. “Renn” evdə “Strasburq”a qalib gəlib. Marsel və Lion “Olimpik”ləri arasındakı qarşılaşmada isə meydan sahibləri çətin qələbəyə seviniblər.

Beləliklə, 20 turdan sonra 50 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 40 xalla ikinci, “Monako” 37 xalla üçüncü, “Lill” 35 xalla dördüncü, “Nitsa” 34 xalla beşinci, “Lans” isə 33 xalla altıncıdır. Lion “Olimpik”i 30, “Brest” 28, “Strasburq” 27 xal toplayıb.

Fransa, Liqa 1
20-ci tur
31 yanvar

Monpelye – Lans 0:2
Qollar: Nzola, 1. Aqbonifo, 61.

1 fevral

Brest – PSJ 2:5
Qollar: Del Kastilyo, 50. Ayorke, 71 – Dembele, 29; 57; 62. Q.Ramos, 89; 90+7.

Monako – Oser 4:2
Qollar: Kehrer, 35. Bieret, 57; 63; 65 – Diomande, 38. J.Junior, 45+7-pen.

Lill – Sent Etyen 4:1
Qollar: C.David, 32-pen. Sahraui, 63; 78. Qudmundsson, 72 – Davitaşvili, 6-pen.

2 fevral

Tuluza – Nitsa 1:1
Qollar: Makkenzi, 85 – Laborde, 18-pen.

Anje – Havr 1:1
Qollar: Hanin, 90 – Ayyu, 73.

Reyms – Nant 1:2
Qollar: Kastelleto, 45+1 – Abline, 42. M.Məhəmməd, 70.

Renn – Strasburq 1:0
Qol: Blas, 89.

Olimpik (Marsel) – Olimpik (Lion) 3:2
Qollar: Qrinvud, 61. Rabyo, 64. L.Henrike, 85 – Tolisso, 53. Lakazette, 72-pen.

Seçilən
34
arena.az

1Mənbələr