Rusiyanın Kamçatka diyarında 4,3 bal gücündə zəlzələ olub.
Söz.az ren.tv-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə, episentri Ust-Kamçatsk kəndindən 87 kilometr aralıda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.