Amerikalı müğənni Çappell Ron “Qremmi”də “Ən yaxşı yeni ifaçı” nominasiyasını qazanıb. 67-ci illik Musiqi Mükafatlarının təqdimetmə mərasimi bazar günü axşam Los-Ancelesdə keçirilib.
"Report"un məlumatına görə, yayımı CBS kanalı aparıb.
Bu kateqoriyada üçün digər namizədlər amerikalı musiqiçilər Sabrina Karpenter, Teddi Svims, Benson Bun və Şaboozey təxəllüsü ilə çıxış edən Kollinz Çibueze, britaniyalı müğənni Raye, Texas musiqi qrupu “Khruangbin” və amerikalı rep ifaçısı “Doechii” idi. Ümumilikdə Ron altı Qremmi mükafatına namizəddir. Sabrina Karpenter eyni sayda nominasiya aldı.
2024-cü ildə amerikalı müğənni Viktoriya Mone “Ən yaxşı yeni sənətçi” seçilib.
Tədbir beşinci ildir ki, cənubi afrikalı komediya ustası, aktyor və televiziya aparıcısı Trevor Noa tərəfindən keçirilir.