AZ

Sənaye sahəsinə verilən biznes kreditlərinin həcmi açıqlanıb

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən banklar tərəfindən sənaye sahəsinə verilmiş bizneskreditlərinin həcmi 2 milyard 711 milyon manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə367,4 milyon manat və ya 15,7% çoxdur. Belə ki, 2023-cü ilinsonunda Azərbaycandakı banklar tərəfindən biznes sahəsinə verilmişkreditlərin həcmi 2 milyard 344 milyon manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərənbankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyonmanat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illəmüqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cüildə bankların biznes kredit portfelinin həcmi 12,6 milyard manatolub.

Seçilən
10
7
az.trend.az

9Mənbələr