AZ

"Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Los-Ancelesdə sayca 67-ci dəfə keçirilən "Qremmi" musiqi mükafatına həsr olunmuş tədbirdə qalmaqal baş verib.
Oxu.Az "Voıce"ə istinadən xəbər verir ki, qalmaqalın baiskarları reper Kanye Uest və onun həyat yoldaşı Byanka Senzori olublar.
Belə ki, ulduzlar yenicə qırmızı xalıya toplaşmağa başlayan kimi qalmaqallı reper dərhal bütün diqqətləri öz üzərinə çəkib.
O, tədbirə həyat yoldaşı B.Senzori ilə gəlib. K.Uest qara idman köynəyində və şalvarda, B.Sensori isə qara uzun kürkdə fotoqrafların qarşısına çıxıb.
Lakin tezliklə B.Sensori qırmızı xalıda striptiz göstərməyə başlayıb. O, kürkü üzərindən çıxararaq tamamilə şəffaf miniatür geyimdə qalıb. Alt paltarsız olan K.Uestin həyat yoldaşı soyuqqanlıqla fotoqrafların qarşısında özünü göstərməyə başlayıb.
Bundan bir neçə dəqiqə sonra cütlükdən tədbiri tərk etməyi xahiş ediblər. Polis əməkdaşları cütlüyü çıxışa qədər müşayiət ediblər.
Seçilən
193
50
oxu.az

10Mənbələr