AZ

Kiçik sahibkarlığa verilən kreditlərin məbləği açıqlanıb

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən banklar tərəfindən kiçik sahibkarlığa 1 milyard 548,6milyon manat biznes krediti verilib.

Trend MərkəziBanka istinadən xəbər verir ki, kiçik sahibkarlığa verilən bizneskreditlərinin həcmi əvvəlki ilin sonu ilə müqayisədə 36,9 milyonmanat, yaxud da 2,3% azalıb. 2023-cü ilin sonunda kiçiksahibkarlığa verilən biznes kreditlərinin həcmi 1 milyard 585,5milyon manat olub.

Qeyd edək ki, ötən ilin sonunda Azərbaycanda fəaliyyət göstərənbankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyonmanat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illəmüqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cüildə bankların biznes kredit portfelinin həcmi 12 milyard 616milyon manat olub.

Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə,Azərbaycanda 12 min 26 kiçik sahibkarlıq subyekti fəaliyyətgöstərir.

Kiçik sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyatvasitələrinin təmiri sahəsində (4 min 133), ən azı isə elektrikenerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatısahəsində (42) fəaliyyət göstərir.

Seçilən
7
1
az.trend.az

5Mənbələr