AZ

Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi

Bakı. Trend:

Kanadanın xarici işlər naziri Melani Joli yenidən ermənilobbisinin ruporu kimi çıxış edərək, Azərbaycan əleyhinə absurd birbəyanatla gündəmə gəlib. O, Azərbaycana qarşı ağır hərbicinayətlərdə ittiham olunan erməni vətəndaşlarının “qeyri-şərtsizazad edilməsi” və ermənilərin Qarabağa “təhlükəsiz qayıdışı” iləbağlı çağırış edib. Kanadadakı Erməni Milli Komitəsi vasitəsiləyayımlanan bu bəyanat rəsmi Ottavanın diplomatiyasının necə ikilistandartlar bataqlığında boğulduğunu və təhrif olunmuş “ədalət”anlayışını Azərbaycana sırımağa çalışdığını açıq şəkildəgöstərir.

M.Joli Kanadadakı Erməni Milli Komitəsinə ünvanladığı məktubundaqondarma “Arsax”da ermənilərin “hüquqlarının qorunması” ilə bağlı“narahatlığını” ifadə edib. Xatırladaq ki, “Arsax” kəlməsi mifdir,uydurmadır və bu kəlmənin coğrafi məkan adı kimi beynəlxalq hüquqdaheç bir hüquqi əsası yoxdur.

Qarabağ Azərbaycandır - Ottava bunu həddən ziyadə gec də olsa,çətinlik çəksə də, dərk etmək məcburiyyətindədir.

Kanadanın hər hansı başqa ifadə tərzini qəbul etdirməyəçalışması Azərbaycanın suverenliyinə və BMT Təhlükəsizlik Şurasınınqətnamələrinə qarşı açıq-aşkar hörmətsizlikdir.

M.Joli guya Azərbaycanın “aqressiv ritorikası”nı qınayaraq,separatçı rejimin keçmiş liderlərinin azad olunmasını tələb edib.Bu şəxslər - Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan,David Babayan, Levon Mnatsakanyan, David Manukyan və RubenVardanyan - heç bir halda “siyasi məhbus” deyillər. Onlar işğalolunmuş Azərbaycan ərazilərində etnik təmizləmələr, kütləvi qətllərvə terror aktlarında ittiham olunurlar.

Azərbaycan hüquqi dövlət olaraq məhkəmə proseslərini milliqanunvericilik və beynəlxalq standartlara tam uyğun şəkildə həyatakeçirir. İttiham olunan şəxslərə müdafiə və ədalətli məhkəmə təminedilir. M.Jolinin “qondarma məhkəmə prosesləri” haqqında iddialarıisə yalnız siyasi məqsədlər güdən, Azərbaycanın ədliyyə sistemininnüfuzuna kölgə salmağa yönəlmiş yalanlardan ibarətdir.

Üstəlik, M.Joli ATƏT-in Minsk Qrupunun formatında danışıqlarınbərpasını dəstəkləyir. Halonki sözügedən qurum 2020-ci ildəkiİkinci Qarabağ müharibəsindən sonra faktiki olaraq fəaliyyətinidayandırıb, tarixin zibilliyinə atılıb.

Azərbaycan və Ermənistan bu gün səmərəli vasitəçilərə ehtiyacduymadan birbaşa danışıqlar aparırlar. İllər boyu fəaliyyətsizliyivə riyakarlığı ilə yadda qalan vasitəçilərin işi yalnız vaxtuzatmaq və münaqişəni siyasi manipulyasiya alətinə çevirməkolub.

Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, ittiham olunan şəxslərintaleyi qanunlara əsasən həll olunacaq və xarici siyasətçilərin,diaspora lobbilərinin sifarişli bəyanatları bu prosesə təsir edəbilməz. Köhnəlmiş danışıqlar formatlarını diriltmək və ya suverendövlətə təzyiq göstərmək cəhdləri uğursuzluğa məhkumdur.

Bakı Kanadaya israrlı şəkildə Cənubi Qafqazla bağlı siyasətiniyenidən nəzərdən keçirməyi və beynəlxalq hüquq institutlarınaetimadı sarsıdan ikili standartlar siyasətindən imtina etməyitövsiyə edir. Azərbaycan regionda sülh və sabitliyə sadiqdir, lakinheç vaxt kənar müdaxiləyə dözməyəcək.

Melani Jolinin bəyanatları sadəcə diplomatik səhv deyil. Bu,Qərb diplomatiyasının dərin mənəvi tənəzzülünün göstəricisidir.İnsan hüquqları kimi ali dəyərlər artıq siyasi maraqları pərdələməküçün alətə çevrilib. Kanadanın diplomatiyası faktiki olaraq ermənilobbisinin ruporuna dönüb, tarixi faktları və erməni hərbicinayətkarlarının törətdiyi əsl cinayətləri görməzlikdən gəlir.

Azərbaycan heç kimin diktəsinə boyun əyməyəcək. Qarabağ -Azərbaycan olub, Azərbaycandır və Azərbaycan olaraq da qalacaq. Heçbir riyakar bəyanat, heç bir imzalanmış məktub bu həqiqəti dəyişəbilməz. Bu, təkcə tarixi fakt deyil, həm də beynəlxalq hüququnayrılmaz bir prinsipidir.

M.Jolinin ATƏT-in Minsk Qrupu formatında Qarabağ münaqişəsininhəllinə qayıtmaq çağırışları sadəcə məntiqi deyil, həm də sağlamdüşüncəyə ziddir. Bu qurum 2020-ci ildən bəri diplomatik cəhətdən“ölü”dür. Bakı və İrəvan onun rəsmi şəkildə ləğvi üzərindəişləyirlər. Səbəb sadədir: bu format illərlə səmərəsiz fəaliyyətivə qeyri-səmimi yanaşması ilə münaqişəni sülh yolu ilə həll etməkəvəzinə, onu siyasi alətə çevirmişdi.

Kanadanın məqsədi ədalət axtarmaq deyil. Burada əsas məsələerməni lobbisinin maraqlarına xidmət etməkdir. Kanadadakı ermənidiasporası yerli siyasətə təsir gücünə sahibdir və siyasi manevrlərüçün daim imkanlar axtarır. Melani Joli və onun həmkarları üçün bu,sadəcə daxili siyasi xallar qazanmaq üçün fürsətdir - obyektivlikvə diplomatik dürüstlük isə ikinci plandadır.

Bu, Kanadanın diplomatiyasını riyakar ikili standartlarbataqlığında boğan əsas səbəbdir. Lakin Azərbaycan öz prinsipialmövqeyindən bir addım da geri çəkilməyəcək.

Kanada “erməni hərbi əsirləri və girovlarının dərhal azadedilməsi” tələbi ilə pafoslu bəyanatlar verir.

Fəqət, gəlin, hər şeyi olduğu kimi adlandıraq. Söhbət “hərbiəsirlərdən” yox, Azərbaycan xalqına qarşı ağır cinayətlərdə – hərbicinayətlərdə, etnik təmizləmə aktlarında və terror fəaliyyətlərindəittiham olunan şəxslərdən gedir. Onlar arasında separatçı rejiminkeçmiş liderləri – Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyanvə digərləri var. Bu şəxslər qurban yox, azərbaycanlı dinc əhalininməhv edilməsini təşkil edən və ona rəhbərlik edən cəlladlardır.

İronik olan odur ki, özünü “insan hüquqlarının müdafiəçisi” kimitəqdim edən Kanada faktiki olaraq Qarabağda etnik təmizləmə,kütləvi qətllər və mədəni irsin məhvinə görə məsuliyyət daşıyanşəxslərin azad edilməsini tələb edir. Bu, sadəcə ikili standartlardeyil – beynəlxalq hüququn üzünə atılmış açıq-aşkar birtəhqirdir.

Xüsusi ikrah doğuran məsələ isə Jolinin “Ermənistanınsuverenliyi və ərazi bütövlüyünə hörmət” çağırışıdır. Baxın - buçağırış 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarını işğalaltında saxlayan, azərbaycanlıların hüquqlarını pozan və etniktəmizləmələr həyata keçirən Ermənistana qarşı bir dəfə də olsunsərt mövqe sərgiləməyən bir ölkənin nümayəndəsi tərəfindən edilir.Kanada bütün bu illər ərzində harada idi? İnsan hüquqları və ərazibütövlüyü ilə bağlı haray-həşirləri niyə eşidilmirdi?

Melani Joli utanmadan “Ermənistanın suverenliyi və ərazibütövlüyünə hörmət edilməsinin vacibliyindən” danışır. Bəs bu“hörmət” harada idi ki, Ermənistan 30 ilə yaxın bir müddət ərzindəAzərbaycanın 20%-dən çox ərazisini işğal altında saxladı? Niyə ovaxt Ottavanın milyonlarla azərbaycanlının evlərindən didərginsalınması və onların hüquqlarının pozulması ilə bağlı bircə ciddibəyanatı belə eşidilmədi? Niyə Kanada o zaman susurdu, sanki heç nəbaş vermirdi?

Kanada heç vaxt Ermənistanın təcavüzünü qınayan sərt vəprinsipial bəyanat verməyib. Amma Azərbaycan öz ərazi bütövlüyünübərpa edən kimi, Ottava “ermənilərin hüquqları” və “sərhədlərəhörmət” kimi mövzuları xatırlamağa başladı. Bu, Qərbin klassikikiüzlülüyünün ən bariz nümunəsidir.

Bu absurdun başqa bir epizodu isə guya “erməni mədəni irsininqorunması” ilə bağlı yalançı narahatlıqdır. Yadınıza salaq ki,Ermənistanın işğalı illərində yüzlərlə Azərbaycan tarixi abidəsi,məscidlər və mədəni irs nümunələri sistematik şəkildə dağıdılıb.Qarabağda 60-dan çox məscid təhqir olunaraq anbar, tövlə və həttadonuz fermasına çevrilmişdi. Bəs o vaxt Kanada harada idi? NiyəMelani Joli Ermənistanın bu barbarlığına qarşı bir dəfə olsunetiraz etmədi?

Bu gün Azərbaycan həmin dağıdılmış müqəddəs abidələri bərpaedir, tarixi-mədəni irsimizin yenidən dirçəlməsi üçün böyükinvestisiyalar yatırır. Bu, sadəcə formal bir addım deyil,xalqımızın tarix və mədəniyyətinə olan hörmətin göstəricisidir.Kanadanın “narahatlıqları” isə sadəcə açıq-aşkar ikiüzlü siyasimanipulyasiyalardan başqa bir şey deyil.

Kanadanın mövqeyi müstəqil xarici siyasətin nəticəsi deyil. Bu,ABŞ və Fransanın Ermənistana verdiyi dəstəyi kor-koranə davametdirməkdən başqa bir şey deyil. Kanada artıq bölgədə geosiyasialətə çevrilən və müstəqil qərarlar qəbul edə bilməyən bir peykrolunu oynayır. Xarici siyasəti yalnız daxili auditoriya üçünsəhnələşdirilmiş siyasi teatr və köhnə şablonlarla məhdudlaşır.

Melani Jolinin bəyanatları diplomatiya deyil, diplomatikfarsdır. Bu çıxışlar nə real geosiyasi vəziyyəti, nə də 2020-ciildən sonra Cənubi Qafqazda baş verən fundamental dəyişikliklərinəzərə alır. Nəticədə, Kanada özünün siyasi oyunlarının və ermənilobbisinin maraqlarının girovuna çevrilib.

Azərbaycan beynəlxalq hüququn və ədalətin möhkəm dayaqlarıüzərində dayanır. Melani Jolinin isterik bəyanatları, Kanadadakıerməni komitələrinə ünvanlanan məktublar nə həqiqətləri dəyişdirəbilər, nə də Azərbaycanın suverenliyinə kölgə sala bilər. QarabağAzərbaycandır və bu, dəyişməz bir reallıqdır.

Hərbi cinayətlərdə suçlanan ermənilər üzərində məhkəmə prosesiədalətin bərpasıdır, siyasi qisas yox. Əgər Kanada beynəlxalqarenada nüfuzunu qorumaq istəyirsə, erməni lobbisinin oyunlarınıkənara qoymalı və bəyan etdiyi “dəyərlərə” sadiq qalmalıdır. Əkshalda, Ottava öz diplomatik qeyri-müstəqilliyinin və siyasiriyakarlığının kölgəsində itib-batacaq.

Seçilən
21
4
az.trend.az

5Mənbələr