AZ

Alış-veriş üçün Azərbaycana hansı ölkələrin vətəndaşları səfər edib? - SİYAHI

Ötən ilin dekabr ayı ərzində turizm məqsədi ilə Azərbaycana ümumilikdə 146 min 191 nəfər xarici ölkə vətəndaşı gəlib.

Demokratikmusavat.com Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 342 nəfəri və ya 0,2%-i ölkəyə mağazalara baş çəkmək məqsədi ilə gəliblər.

Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə Azərbaycana 125 min 430 nəfər turist gəlib və onların da 377 nəfəri və ya 0,3%-i ölkəyə mağazalara baş çəkmək məqsədi ilə gəlib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, mağazalara baş çəkmək üçün Azərbaycana gələn əcnəbilərin sayı azalıb.

Azərbaycana mağazalara baş çəkmək üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:

Gürcüstan – 123 nəfər
Rusiya – 52 nəfər
Qazaxıstan – 41 nəfər
Pakistan – 31 nəfər
Türkmənistan – 30 nəfər
Türkiyə - 25 nəfər
Belarus – 19 nəfər
Ukrayna – 13 nəfər
Küveyt – 9 nəfər
Özbəkistan – 8 nəfər
Almaniya – 6 nəfər
Latviya – 5 nəfər
İsrail – 4 nəfər
Moldova – 3 nəfər
ABŞ – 2 nəfər
Niderland – 2 nəfər
Böyük Britaniya – 2 nəfər
Avstriya – 1 nəfər
Bolqarıstan – 1 nəfər

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
34
8
Demokratikmusavat.com

10Mənbələr