AZ

Moskvada partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən erməni batalyonunun yaradıcısı olduğu ehtimal olunur - YENİLƏNİB

Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu-red) batalyonunun yaradıcısı, Donest Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyan olduğu ehtimal olunur.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.


Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın şimal-qərbində yerləşən elit yaşayış kompleksinin foyesində əldə qayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.

11:20

Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb.

İlkin məlumatlara görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Moskvada
Seçilən
47
4
apa.az

10Mənbələr