AZ

Yunanıstanda seysmik aktivlik: Təcili iclas çağırıldı, xilasedicilər hazır vəziyyətə gətirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yunanıstanda son günlər artan seysmik aktivlik səbəbi ilə Baş nazir Kiriakos Mitsotakisin rəhbərliyi altında Fövqəladə Hallar Komitəsi çağırılıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Santorini adası və ətrafında güclənən yeraltı təkanlar səbəbindən 4 adada məktəblər bağlanıb, müxtəlif tədbirlər ləğv edilib.
Santorinidə son günlər vulkanik aktivlik qeydə alınıb. Lakin zəlzələlərin vulkanla bağlı olmadığı bildirilib. Santorininin də daxil olduğu Kiklad adaları bölgəsində son 48 saat ərzində 200-dən çox təkan qeydə alınıb.
Bölgədə həyəcan təbili çalınıb və xilasetmə qrupları cəlb edilib. Həmçinin dron operatorları və xilasedici helikopterlər də hazır vəziyyətə gətirilib. Amorgos və Los adalarında isə səyyar sağlamlıq məntəqələri yaradılıb.
Seçilən
32
48
oxu.az

10Mənbələr