AZ

Repçi və arvadı “Grammy”dən qovuldu

Kanye West və arvadı Bianka Sensori "Grammy" mərasimində qalmaqala səbəb olublar.

Belə ki, ötən gün keçirilən mərasimdə diqqətçəkən anlar yaşanıb. Məşhur repçi Kanye West və həyat yoldaşı Bianka Sensori tədbiri yarımçıq tərk etmək məcburiyyətində qalıblar.

Yenisabah.az xəbər verir ki, cütlüyün rəsmi dəvət olmadan tədbirə qatıldığı məlum olduqdan sonra təhlükəsizlik xidməti onların zala daxil olmasına icazə verməyib.

Buna baxmayaraq, Bianka Sensori qırmızı xalça üzərində sərbəst davranışı ilə tədbirə damğa vurub. O, şəffaf paltarı və kürk ilə diqqət çəkib, daha sonra üst geyimini çıxararaq kameralar qarşısında cəsarətli görünüş nümayiş etdirib.

Kanye West “Ən yaxşı rep mahnısı” nominasiyasına namizəd göstərilsə də, cütlüyün tədbirdən uzaqlaşdırılması qərarı dəyişdirilməyib. Onların dəvətnaməsiz gəlmə səbəbi isə açıqlanmayıb.

Mərasimin ən çox müzakirə olunan məqamı məhz Bianka Sensorinin qalmaqallı görünüşü olub.


Telegram kanalımız
Seçilən
28
10
yenisabah.az

10Mənbələr