AZ

Deputatdan müəllimlərlə bağlı təklif: "Bu ad mühafizə olunmalıdır"

Kənd məktəbində müəllimlərin mübahisəsinin, yaxud bir müəllimin hər hansı pozuntu törətməsinin media səhifələrində yayımlanması cəmiyyətə heç nə vermir, ancaq müəllim kimliyini yerlə-yeksan edir.

Demokrat.az Modern.aza istinadən xəbər verir ki,bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin yaz sessiyasının ilk iclasında deyib.

O qeyd edib ki, müəllim adı qanunvericiliklə mühafizə olunmalıdır:

"Hansısa müəllim fəaliyyətində nöqsana yol verirsə, məsuliyyət daşımalıdır, lakin, belə məsələləri ictimailəşdirib müəllimə hörmətin dağılmasına yol vermək olmaz".
 
Deputatın sözlərinə görə, məktəblərdə baş verən hadisələrin sosial mediada yayılması yaxşı nəticələr vermir.

Seçilən
9
6
demokrat.az

7Mənbələr