AZ

Tramp və Netanyahunun görüşü fələstinlilərin taleyinə necə təsir edəcək?

"İsrailin Baş naziri Bünyamın Netanyahu ABŞ prezidenti D.Trampla görüşmək üçün ABŞ-a səfər edib. Netanyahu Həmasla atəşkəsdən sonra Qəzza zolağından fələstinlilərin köçürülməsində D. Trampla eyni fikirdədir. İkitərəfli görüşdə Yaxın Şərqin siyasi nizamına təsir edəcək qərarlar qəbula edilə bilər. Birinci, Netanyahu Qəzzadan fələstinlilərin köçürülməsi üçün Trampı inandıracaq. İkinci, İrana qarşı hərbi əməliyyatlar üçün zəmin yaratmağa çalışacaq. Üçüncü, Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh müqaviləsi və "İbrahim" sazişinin bağlanması müzakirə ediləcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, əgər, Tramp Qəzzadan fələstinlilərin köçürülməsinə çalışsa, İsraillə ərəb ölkələri arasında "İbrahim" sazişi qüvvədən düşəcək və ərəb ölkələri Trampın bu siyasətinə sərt reaksiya verəcək: "Bununla da ərəb ölkələri ilə İsrail arasında İbrahim sazişi qüvvədən düşəcək. Qəzzada idarəçiliyi Fələstin Muxtariyyətinə verməklə razılıq əldə edilə bilər. Qəzzada əsas problem Həmasın varlığıdır. Həmas dirəniş göstərərsə, Qəzzadan fələstinlilərin köçürülməsinə gedilə bilər. Həmasın Qəzzadan çıxarılması üçün təkliflər veriləcək. Həmas razılaşmasa,  fələstinlilər üçün mənfi nəticələri olması mümkündür. Tramp isə  İranın vurulması üçün Netanyahunun təkliflərini qəbul etməyəcək". 

Nigar,

Sitat.info 

Seçilən
6
2
sitat.info

3Mənbələr