AZ

NATO Zelenskini gözdən salmaq üçün genişmiqyaslı əməliyyat hazırlayır - Rusiya Xarici Kəşfiyyat Xidməti

NATO ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskidən qurtulmaq və onu gözdən salmaq üçün genişmiqyaslı əməliyyat hazırlayır. 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

"NATO-nun Kiyev rejiminin başçısından yaxa qurtarması üçün ideal variant psevdodemokratik seçkilərdir. Alyansın hesablamalarına görə, seçkilər bu ilin payızından gec olmayaraq Ukraynada baş tuta bilər. Nəticə etibarilə seçki kampaniyasına qədər NATO-nun mənzil-qərargahı Zelenskini gözdən salmaq üçün genişmiqyaslı əməliyyat hazırlayır”, - deyə vurğulanıb.

Onlar bildirdilər ki, Zelenski və onun komandasının üzvlərinin təkcə döyüş sursatı alınması üçün nəzərdə tutulmuş vəsaitdən 1,5 milyard dollardan pulu mənimsəmələri barədə məlumatı dərc etməyi planlaşdırırlar. 

Qeyd olunub ki, bundan əlavə, Zelenski və onun ətrafının 130 min həlak olmuş Ukrayna hərbçisinə verilən pul müavinətini xaricə çıxarmaq sxemini ifşa etmək də planlaşdırılır.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
50
missiya.az

10Mənbələr