AZ

Gürcüstanda qayda və qanun pozuntularına görə cərimələr sərtləşdirilir

Gürcüstanda qayda və qanun pozuntularına görə cərimələr sərtləşdirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının iclasından sonra partiyanın icraçı katibi Mamuka Mdinaradze mətbuata açıqlamasında deyib.

O, qeyd edib ki, “ölkənin səmərəli idarə olunmasının və xalq tərəfindən seçilmiş hökumətin ölkəni idarə etməsi üçün müvafiq rıçaqlara və vasitələrə malik olmasının təmin edilməsi məqsədilə” cəza qanunvericiliyi sərtləşdiriləcək.

“Bir çox hallarda xarici qüvvələr tərəfindən təşkil edilmiş, cəmi dörd yüz nəfərdən ibarət yaxşı təlim keçmiş agentura bu ölkənin vətəndaşı olan dörd milyon insanın hüquqlarını kobud şəkildə pozur. Məhz bu anormallığı düzəltmək məqsədilə qanunvericilikdə dəyişikliklərə başlanılır”, - Mdinaradze deyib.

O, “dərin dövlət”in Gürcüstanda hakimiyyəti zorakılıqla dəyişmək cəhdlərinin davam etdiyini, lakin bu dəfə də uğursuzluğa düçar olduğunu qeyd edib.
Mdinaradze əlavə edib ki, hakim partiyanın təşəbbüsü ilə inzibati xətalara məcəlləsi sərtləşdiriləcək, mülkiyyətçinin əvvəlcədən razılığı olmadan qapalı məkanlarda iclasların keçirilməsinə qadağa qoyulacaq, həmçinin xırda xuliqanlıq, vandalizm, polisin qanuni tələbinə məhəl qoymama və polisi təhqir etmə, məhkəmə girişlərini bloklamaq kimi inzibati xətalara görə cərimələr artırılacaq, inzibati həbs müddəti 60 günə çatdırılacaq. Bundan başqa ictimai zorakılığa təhrikə görə 3 ilədək azadlıdan məhrumetmə cəzası nəzərdə tutulacaq. Polisə müqavimətə görə həbs müddəti isə 6 ilədək artırılacaq.
Mdinaradze qanunların sərtləşdirilməsi sayəsində ölkədə təxribat məkanının məhdudlaşdırılacağını qeyd edib.

Seçilən
16
11
apa.az

10Mənbələr