AZ

Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək

5-7 fevral tarixlərində Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışlarda müxtəlif bölgələrimizi təmsil edən 60-a yaxın idmançı mübarizəyə qoşulacaq.

Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar. 

Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 final mərhələsindən finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Üç gün davam edəcək turnirin açılış mərasimi 6 fevral saat 10:00-da Neftçilər prospekti, 26a ünvanında yerləşən Bakı İdman Sarayında (Dənizkənarı Milli Park) baş tutacaq. 

Təmsilçimiz final mərhələsinə yüksəlib

Yaylagül Ramazanova ən yaxşı adına layiq görülüb

Snayperlərimiz ilə start verir

"Formula-1" təqvimi bəlli oldu: Bakıdakı yarış bu tarixdə olacaq

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

Seçilən
71
21
apasport.az

10Mənbələr