AZ

Naxçıvanlı gənclər danışa bilən robot prototipi hazırlayıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvanlı gənclər süni intellekt inteqrasiyalı danışa bilən robot prototipi hazırlayıblar.
Onlar müəyyən çətinliklərlə rastlaşsalar da, 55 günlük zəhmətin ardından bu layihəni həyata keçirə biliblər.
"Markus" adı verilən robot olduqca unikal xüsusiyyətlərə malikdir. O, çənəsini və gözlərini hərəkət etdirir və insanlarla interaktiv ünsiyyət quraraq istənilən suala dərhal cavab verə bilir.
Robotu ərsəyə gətirən gənclər deyirlər ki, "Markus" insan-robot əlaqəsini gücləndirmək üçün nəzərdə tutulub.
"Biz prosesin əvvəlində onu təkmilləşdirib insan formasına gətirməyi düşünürdük. Amma imkanlarımızın məhdudluğu səbəbindən bunu həyata keçirə bilmədik. Daha çox investisiya ayrılsa, "Markus"u digər bacarıqlarla təmin etməyi öz üzərimizə götürə bilərik", - deyə layihə icraçısı Mirdamət Seyidov söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Seçilən
93
6
oxu.az

10Mənbələr