Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas Gürcüstanda baş verənlərlə bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Aİ ilə əməkdaşlığın tərəfdarlarının etiraz aksiyasında polislə nümayişçilər arasında toqquşma zamanı həbslər olub.
Qeyd edək ki, 2024-cü il noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Aİ-yə daxil olması üçün danışıqların başlanması prosesini dayandırmasından sonra nümayişlərə start verilib.
Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas davam edən etirazlar zamanı jurnalistlərə və siyasətçilərə qarşı sərt təzyiqlərin qəbuledilməz olduğunu bildirib.