Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
Viral.az xəbər verir ki, Sumqayıt şəhər Narkoloji Dispanserdən “Report”a bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 5 min 695 nəfərdir.
Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 4 min 145 nəfərdir. Onlardan 97-si qadındır.
Son Yazılar:
- Ötən il Sumqayıtda qeydə alınan narkoloji xəstələrin sayı açıqlandı
- Tatarıstan şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edildi
- MEK-də növbəti könüllülük hərəkatına start verildi
Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 550 nəfərdir. Onlardan 24-ü zərif cinsin nümayəndəsidir.
Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-45 yaş arasında olan şəxslərdir.