Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqaviləsinin müddəti mayın 1-dək uzadılıb.
Buna səbəb yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirakıdır. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.