17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddəti uzadılıb.
Referans.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.
Belə bir qərar yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirak edəcəyi ilə əsaslandırılıb.
Yeni müqavilə mayın 1-dək nəzərdə tutulub.
Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta