AZ

Yeni transferi “Qalatasaray”a qələbə qazandırdı

Türkiyə Supeliqasının 22-ci turunun son matçı keçirilib.

Yenisabah.az xəbər verir ki, lider "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub.

Oyun "cim-bom"un minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 5-ci dəqiqədə Ahmet Kutucu vurub.

Hazırda "Qalatasaray" 57 xalla turnir cədvəlinin vahid lideridir. Klub ən yaxın izləyici "Fənərbağça"nı 6 xal qabaqlayır. "Qaziantep" isə 26 xalla 12-cı sıradadır.


Telegram kanalımız
Seçilən
24
yenisabah.az

1Mənbələr