Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Jirona” doğma meydanda “Las Palmas”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Beləliklə, geridə qalmış 22 turdan sonra 49 xala malik Madrid “Real”ı vahid liderdir. Paytaxtın digər təmsilçisi “Atletiko” 48 xalla ikinci, “Barselona” 45 xalla üçüncü, “Atletik” 41 xalla dördüncü, “Vilyarreal” 37 xalla beşinci, “Rayo Valyekano” 32 xalla altıncı pillədə qərarlaşıb. “Jirona” 31, “Osasuna” və “Malyorka” 30, “Betis” 29, “Real Sosyedad” və “Sevilya” 28, “Selta” 25, “Xetafe” 24 xal toplayıb.
İspaniya, La Liqa
22-ci tur
31 yanvar
Leqanes – Rayo Valyekano 0:1
Qol: Siss, 78.
1 fevral
Xetafe – Sevilya 0:0
Vilyarreal – Valyadolid 5:1
Qollar: A.Peres, 42. Qeye, 64. Komesana, 70. Barri, 86. D.Suares, 90+1 – Amallah, 90+4.
Atletiko – Malyorka 2:0
Qollar: Lino, 26. Qrizmann, 90+3.
Espanyol – Real 1:0
Qol: K.Romero, 85.
2 fevral
Barselona – Alaves 1:0
Qol: Levandovski, 61.
Valensiya – Selta 2:1
Qollar: Rioxa, 44. Querra, 68 – Duran, 65.
Osasuna – Real Sosyedad 2:1
Qollar: Budimir, 34; 74 – Oskarsson, 90+4.
Betis – Atletik 2:2
Qollar: İsko, 15. Perro, 45+2 – A.Paredes, 33.
3 fevral
Jirona – Las Palmas 2:1
Qollar: A.Ruis, 8. Asprilla, 79 – F.Silva, 82.