AZ

Danimarkanın baş naziri Fredriksen Qrenlandiyanın satılmadığını deyib

Qrenlandiyan bu gün Danimarkanın bir hissəsidir. O, bizim ərazimizdir və satılmır.

 

Bu sözləri Danimarka baş naziri Mette Fredriksen ABŞ prezidenti Donald Trampın ABŞ-nin Qrenlandiyanı almaq istədiyi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

 

ABŞ-nin Arktika bölgəsinin təhlükəsizlik və müdafiəsinə gəldikdə getdikcə daha çox əhəmiyyət kəsb etməsi ilə bağlı fikirləri ilə razılaşdığını bildirən baş nazir sözlərinə belə davame edib:

 

“Əgər söhbət regionumuzun təhlükəsizliyindən gedirsə, irəliyə doğru bir yol tapa bilərik”.

 

APA

Tarix: 4 Fevral 2025, 06:47   
Seçilən
115
7
pravda.az

7Mənbələr