AZ

Trampın Çin sədri ilə telefon danışığı planlaşdırılır

24 saat ərzində ABŞ prezidenti Donald Trampın Çin sədri Si Cinpinlə telefon danışığı planlaşdırılır.

Bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt açıqlamasında bildirib. 

O, danışıqların mərkəzində "hər il on minlərlə amerikalının ölümünə səbəb olan qeyri-qanuni Çin fentanilinin" olacağını söyləyib.

Tramp - Cinpin danışığı əlavə 10%-lik gömrük rüsumunun təxirə salınacağı ehtimalını yaradıb. 

Danışıqlar zamanı TikTok sosial media platforması ilə bağlı məsələ də gündəmdə ola bilər.

Vaşinqtonda jurnalistlərə açıqlama verən Tramp deyib ki, çinlilərlə danışıqlar 24 saat ərzində baş tutacaq. Tramp "Çin ilə razılığa gələ bilməsək, tariflər çox, çox yüksək olacaq" deyib. 

Honq-Konqda satılan Çin istiqrazlarını izləyən Hang Seng China Enterprises Index bu gün 4 faizə qədər yüksəlib.

Tramp, Kanada və Meksika ilə, bu ölkələrin immiqrasiya və narkotik qaçaqmalçılığına qarşı daha sərt tədbirlər müqabilində tətbiq edilən 25%-lik əlavə gömrük rüsumunu 30 gün təxirə salıb. 

Seçilən
26
marja.az

1Mənbələr