Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynaya 11-ci dəfə səfər edib...
Poliqon xəbər verir ki, Qrossi bu barədə X sosial şəbəkəsində yazıb.
“Müharibə başlayandan bəri Ukraynaya 11-ci səfərimdə mən Ukraynanın nüvə enerjisi sektorunun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən Kyivskaya yarımstansiyasına dəymiş ziyanı qiymətləndirmək və nüvə qəzasının qarşısını almaq üçün gedirəm”, deyə MAQATE rəhbəri bildirib.
Qrossinin Kiyevdə Ukrayna rəhbərliyi ilə də danışıqları planlaşdırılıb.
“Getdikcə kövrəkləşən şəbəkə təkcə Zaporijya AES-i deyil, bütün atom elektrik stansiyaları üçün artan risk yaradır”, deyə səfər öncəsi Qrossi özünün narahatlığını ifadə edib.
Poliqon.info