Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyasının Aİ-yə yeni gömrük tarifləri tətbiq edəcəyi təqdirdə sərt cavab veriləcəyini açıqlayıb.
İndex.az xəbər verir ki, Ursula fon der Leyen Avropa İttifaqına üzv 27 ölkənin liderlərinin ABŞ-la münasibətlər, eləcə də müdafiə məsələsini müzakirə etdiklərini bildirib.
“Aİ ABŞ ilə möhkəm və konstruktiv dialoqa hazırdır, lakin eyni zamanda biz ABŞ ilə münasibətlərdə yarana biləcək çətinliklərin fərqindəyik və biz buna hazırıq. Aİ ədalətsiz şəkildə hədəf olsa sərt cavab verəcək”, – sədr deyib.
Von der Leyen Tramp administrasiyasının Kanada və Meksikaya yüksək gömrük rüsumları tətbiq etmə qərarına da toxunub: “Bu tariflər biznes xərclərini artırır, işçilərə və istehlakçılara zərər verir. İqtisadiyyatlara lazımsız ziyan vurur və inflyasiyanı artırır. Biz bunun yaxşı olacağını düşünmürük”.