AZ

Avropa İttifaqı Şurasının prezidenti Kosta:”Aİ ABŞ-la dialoqa hazırdır, lakin öz prinsiplərindən güzəştə getməyəcək”

“Aİ ABŞ-la dialoqa hazırdır, lakin öz prinsiplərindən güzəştə getməyəcək”

Editor.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Antonio Kosta Trampın Aİ-yə əlavə gömrük rüsumları tətbiq etmək qərarının müzakirə edildiyi “transatlantik əlaqələr” adlı sammitdən sonra deyib.

“ABŞ bizim dostumuz, müttəfiqimiz və ortağımızdır. Ancaq dostlar arasında problemlər və fikir ayrılıqları ola bilər. Bu vəziyyətləri müzakirə edib həll yollarını tapmalıyıq”,- o deyib..Kosta həmçinin Avropa İttifaqının öz maraqlarını qorumaq üçün öz dəyər və prinsiplərini müdafiə etməyə davam edəcəyini də vurğulayıb. O, bu prinsiplər arasında milli suverenliyə, ərazi bütövlüyünə və sərhədlərə hörmət edilməli olduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
5
1
editor.az

2Mənbələr