AZ

Paşinyan ABŞ-ı Cənubi Qafqaz üçün hərəkətə çağırdı

Image

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da keçirdiyi görüşlərdə təkcə pul dilənmir, həm də özünü siyasi dairələrin gündəminə dürtüşdürmək üçün çalışır. Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşdə erməni baş nazir "ümid edib" ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ siyasi elitası üçün prioritet olacaq. SİTAT: "Əgər siz ABŞ-nin Ermənistana dəstəyinin ən effektiv yolunun hansı olduğunu soruşsanız, mən deyərdim ki, Cənubi Qafqazda sülhə nail olmaqla bağlı gündəliyin ABŞ siyasi elitasının prioritetlər siyahısına daxil edilməsi çox vacib olardı", - o qeyd edib.
 N.Paşinyanın bu açıqlaması tam şəkildə deməyə əsas verir ki, rəsmi İrəvan Donald Tramp administrasiyasının Cənubi Qafqaza fəal şəkildə müdaxiləsinə, Vaşinqtondakı siyasi dairələrin Ermənistan vasitəsi ilə bölgədəki proseslərə cəlb olunmasına çalışır. Azərbaycanla sülh müqaviləsi barədə iş görmək əvəzinə Vaşiqntonda siyasi dayaq axtaran N.Paşinyan həm də Azərbaycana qarşı "qalxan axtarışında" olduğunu açıqca ortaya qoyur. demək erməni xisləti həm də dəyişilməzdir...

Mətləb Salahov






Seçilən
3
6
baki-xeber.com

10Mənbələr