Gürcüstan parlamentinə ziyarətçilərin girişi bu gün məhdudlaşdırılıb - yaz sessiyasının başlaması ilə əlaqədar sarı təhlükəsizlik səviyyəsi tətbiq edilib.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, yeni seçilmiş parlamentin ilk iclasında Gürcüstan Prezidenti Mixail Kavelaşvili aktual məsələlər barədə məruzə ilə çıxış edəcək.
"Həmin tədbirlərin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz mühitin təmin edilməsidir", - qanunverici orqanın bəyanatında qeyd olunub.
Planlaşdırılan parlament tədbirlərinə, o cümlədən komitə və plenar iclaslara yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunan şəxslər buraxılacaq. Parlament tədbirləri başa çatanadək ali qanunvericilik orqanının binasına yalnız akkreditə olunmuş KİV nümayəndələri buraxılır.
Zərintac MayisqızıMissiya.Az