AZ

"Səməd Vurğun qədər yaltaq şair olmayıb" dedi - Tənqid edildi

Yazıçı Əlisa Nicatın Xalq şairi Səməd Vurğun haqqında dediyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"Unikal" xəbər verir ki, tarixçi Lent.az-a müsahibəsində bildirib ki, Səməd Vurğun qədər yaltaq şair olmayıb.

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.

Ə. Nicat daha sonra sözlərinə belə davam edib:

“Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam”.

Yazıçının S.Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb və tənqid olunub.

Şair Ehtiram İlham məsələ ilə bağlı sosial şəbəkədə “Səməd Vurğun onun nəvəsi yaşındadır az qala. Yenə də əl çəkmir ondan. Bütün yazdıqları Səməd Vurğunun bir şeiri boyda deyil”, aktrisa Əminə Yusifqızı “Nə qədər sərsəm fikirlər...” şərhlərini bildiriblər.

Seçilən
11
10
unikal.az

10Mənbələr