Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb .

Belə ki, 1996-cı il təvəllüdlü Şəhla Qulamova idarə etdiyi “BAİC” markalı avtomobillə 1938-ci il təvəllüdlü piyada Nadir Kərimovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakta bağlı cinayət işi başlanılıb.

Leqal.info