AZ

İmişlidə qızın qaçırılma səbəbi AÇIQLANDI

İmişlidə qızın naməlum şəxslər tərəfindən qaçırılmasının səbəbi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Daxili İşlər Nazirliyindən (DİN) oxu.az-a verilib.

Məlum olub ki, qız məcburi nikaha daxil olmaq üçün qaçırılıb:

"Bir müddət əvvəl oğlanın ailəsi qıza elçi getsə də, onun ailəsi elçilərə "yox" cavabı verib".

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr