AZ

Azərbaycanda bağlanmış iki bankın əmlakları hərraca çıxarılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fevralın 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Zamin Bank" və "Atabank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət "Zamin Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanındakı dəyəri 53 min manat olan 41.4 kvadratmetrlik mənzildən və "Atabank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 275.7 kvadratmetrlik əsas, 39 kvadratmetrlik köməkçi sahədən ibarət qeyri-yaşayış binasından gedir.
Seçilən
26
20
oxu.az

10Mənbələr