Rusiyada sürücülər avtomobillərinin mühərriklərini həyətdə uzun müddət qızdırdıqlarına görə cərimələnə bilərlər.
AzPost bildirir ki, bu barədə hüquqşünaslar qanunun şərhində xatırladıblar.
Mühərrik 5 dəqiqədən çox işləyirsə, polis 1,5 ilə 3 min rubl arasında cərimə yaza bilər. Bu ekoloji pozuntu hesab olunur.
Cəzaların qarşısını almaq üçün mütəxəssislər yaşayış binalarından uzaqda park etməyi və işə başlamazdan əvvəl taymerdən istifadə etməyi məsləhət görürlər.