AZ

"Haber Global": "YPG Əhməd əş-Şaraanı tanımır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin lideri Fərhad Abdi Şahin Suriyanın unitar quruluşunun dəyişməli olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın Suriyadakı proseslərlə bağlı hazırladığı süjetdə deyilir.
Süjetdə xatırladılır ki, YPG nümayəndələri bundan əvvəl tamamilə əks fikirlər söyləyiblər. Onlar Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduqlarını bildirirdilər. Bununla yanaşı, YPG təmsilçiləri mərkəzi hakimiyyətə tabe olacaqlarını və öz qüvvələrini buraxmağa hazır olduqlarını bəyan edirdilər.
Vurğulanır ki, Şahinin açıqlaması Suriyanı bölməyə yönəlib və bu, Əhməd əş-Şaraanın ölkə rəhbəri kimi tanınmaması anlamına gəlir.
Daha ətraflı süjetdə:
Seçilən
50
50
oxu.az

10Mənbələr