Smartfon bazarında rəqabət səngimədən davam edərkən, satışlarla bağlı mühüm statistik məlumatları ehtiva edən hesabat paylaşılıb.
İndex.az xəbər verir ki, “Canalys”in hesabatı ilə 2024-cü ildə ən çox satılan telefonlar açıqlandı.
2023-cü ildə buraxılan “iPhone 15”, özünü zirvədə yerləşdirərək böyük uğur qazandı.
İkinci yerdə 2024-cü ildə buraxılan “iPhone 16 Pro Max” qərarlaşıb. “iPhone 16 Pro Max”ı “iPhone 15 Pro Max” izlədi. Dördüncü yerdə münasib qiymətə “Samsung Galaxy A15” qərarlaşıb.
İndex.az 2024-cü ilin ən çox satılan telefonlarının siyahısı təqdim edir:
- iPhone 15
- iPhone 16 Pro Max
- iPhone 15 Pro Max
- Samsung Galaxy A15
- iPhone 16 Pro
- iPhone 15 Pro
- iPhone 16
- Samsung Galaxy A15 5G
- Samsung Galaxy S24 Ultra
- iPhone 13