AZ

Gəncədə evdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirilikdən Teleqraf.com-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
4
15
teleqraf.com

10Mənbələr