Çində kimsə torpedonu partlatdıqdan sonra güclü partlayış baş verib.
Medianews.az “Haber global”a istinadən xəbər verir ki, kanalizasiyada yığılan metan qazının alışması nəticəsində baş verən partlayış ətrafdakı avtomobilləri havaya atıb.
Təhlükəsizlik kameralarının görüntülərində partlayışın gücündən lyuk qapaqlarının uçduğu və park edilmiş avtomobillərin bir neçə metr yüksəldiyi görünür.
Xoşbəxtlikdən hadisə zamanı insan itkisi olmasa da, ərazidəki bir çox müəssisə və avtomobillərə böyük maddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma başlansa da, səlahiyyətlilər əhalini bu cür təhlükəli maddələrdən ehtiyatlı olmağa çağırıb.