AZ

Azərbaycan və Monqolustan arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib

Monqolustan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində Ulan-Bator və Bakı arasında iqtisadiyyat, ticarət, investisiya, avtomobil nəqliyyatı, energetika sahələrində əlaqələrin və əməkdaşlığın genişləndirilməsi və inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Bu barədə "Anadolu" Monqolustanın milli xəbər agentliyi MONTSAME-yə istinadən yazır.

Siyasi məsləhətləşmələrdə Monqolustanın Xarici İşlər Nazirliyinin dövlət katibi Lxanaacav Munxtuşiq, Azərbaycan tərəfdən isə xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.

Tərəflər regional və çoxtərəfli əməkdaşlıq, bu il ikitərəfli səfərlərin və yüksək səviyyəli görüşlərin təşkili, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini ətraflı müzakirə ediblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Monqolustanın İqtisadiyyat və İnkişaf Nazirliyi, Müdafiə Nazirliyi, Sənaye və Mineral Sərvətlər Nazirliyi, Nəqliyyat və Avtomobil Yolları Nazirliyi, Ərzaq Kənd Təsərrüfatı və Yüngül Sənaye Nazirliyi və Energetika Nazirliyinin nümayəndələri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Nümayəndə heyəti Monqolustanın kiçik və orta müəssisələrinin fəaliyyəti ilə də tanış olacaq.

Seçilən
7
50
vergiler.az

10Mənbələr