AZ

Biogen metal duzlarının aminturşular ilə komplekslərinin aktivliyinə dair tədqiqat aparılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Biogen metal duzlarının (MnCl2, ZnSO4) aminturşular ilə komplekslərinin antifunqal aktivliyi” adlı məqaləsi “Scopus” bazasına daxil olan “South Eastern European Journal of Public Health” jurnalında dərc edilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, məqalədə biogen metal duzlarının (MnCl₂ və ZnSO₄) aminturşular (L-triptofan) ilə əmələ gətirdiyi komplekslərin göbələk əleyhinə aktivlik göstərərək, göbələyin böyüməsinə maneə törətməklə, sabitliyinə və bioaktivliyinə təsir göstərə bildiyi araşdırılır.

Metal kompleksləri digər antifunqal agentlərlə sinergik təsir göstərərək onların effektivliyini artırır. Bu, bir-birini tamamlayan təsir mexanizmlərindən yarana bilir. Məsələn, göbələk hüceyrələrinin bütövlüyünü pozaraq eyni zamanda əsas enzimatik funksiyaları inhibə edir.

Nəticələr göstərir ki, sink və manqan kompleksləri sınaqdan keçirilmiş standartla müqayisədə yüksək antibakterial fəaliyyət nümayiş etdirir, triptofan (Trp) ilə kompleks isə daha qaneedici antifungal xüsusiyyətlər nümayiş etdirib. Bu, komplekslərin perspektivli antibakterial təsirlərinə görə dermatoloji məhsullarda potensial olaraq yeni aktiv maddələr kimi xidmət edə biləcəyini göstərir.

Seçilən
16
tehsil.biz

1Mənbələr